Modern.az

Televiziyalar deputatın tənqidinə cavab verdi

Televiziyalar deputatın tənqidinə cavab verdi

Aktual

11 Yanvar 2017, 20:54

Millət vəkili Qənirə Paşayevanın Azərbaycan televiziyaları ilə sosial şəbəkədə bölüşdüyü fikirlər hələ də gündəmdədir. Ölkə televiziyalarının qeyri-ciddi verilişlərini tənqid edən millət vəkili televiziyaları tənqid edənlərə efirin bağlı olduğunu vurğulayıb. Modern.az saytı xəbər verir ki, millət vəkilinin açıqlaması ilə bağlı musavat.com telekanallarla əlaqə saxlayıb. Dövlət televiziyasının mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova bildirib ki, AZTV-də heç bir qadağa yoxdur: "Bizim telekanalda heç bir qadağa yoxdur. Efirlərə verilişin formatına , ruhuna və xarakterinə uyğun qonaqlar dəvət olunur".

 

ATV-nin Xəbərlər Departamentinin baş redaktoru Vaqif Aydınoğlu qeyd edib ki, millət vəkil telekanal efir qadağası qoymayıb: "Qənirə xanıma bizim televiziya qadağa qoymayıb. onun müsahibələri, keçirdiyi tədbirlər bizim efirimizdə yayımlanır. Qənirə xanımın açıqlamasının bizim televiziyaya aidliyi yoxdur".

 

“Space TV”-nin icraçı direktoru Kamil Şahverdiyev Qənirə xanı ən çox bizim verilişlərdə qonaq olur. Onun filmlərindən tutmuş keçirdiyi tədbirlərə qədər süjetləri bizim televiziyada efirə gedir. Onun qəhrəmanlar haqda filmi yalnız bizim telekanalda yayımlanıb.  Ötən həftə "Space 104 FM" radiosunda 1 saat canlı efirdə qonaq olub. biz Qənirə xanımın Türkiyədəki tədbirlərini də işıqlandırmışıq. O bizə irad tuta bilməz".

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır