Modern.az

Tramp Rusiyadan olan kiberhücumlardan DANIŞDI - VİDEO

Tramp Rusiyadan olan kiberhücumlardan DANIŞDI - VİDEO

Dünya

11 Yanvar 2017, 21:41

“ABŞ-a qarşı kiberhücumlar törədən təkcə Rusiya deyil. Rusiyadan başqa digər ölkələr də belə kiberhücumlar törədir. Son hücumlar Rusiya tərəfindən gəlsə də, digərlər ölkələr  və şəxsləri də unutmaq olmaz”. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bunu Nyu-Yorkda keçirdiyi mətbuat konfransında ABŞ-ın yeni seçilmiş  prezidenti Donald Tramp bəyan edib.

 

Tramp daha sonra qeyd edib ki, Rusiya tərəfi ilə münasibətlərin yaxşılaşdırılmasını müsbət amil kimi qiymətləndirir: “Misal üçün, Rusiya bizə İŞİD-lə mübarizədə kömək edə bilər. Əgər Putinin Trampdan xoşu gəlirsə, bu nöqsan yox, üstünlükdür. Ümid edirəm ki, biz dost olacağıq, buna şanslarımız az deyil”.

 

Özünə qarşı səsləndirilən kompromatdan danışan Tramp KİV-də yer alan bir çox məlumatların həqiqətə uyğun olmadığını qeyd edib.

Donald Tramp biznesi üzərində nəzarəti iki oğluna - kiçik Donald və Erikə həvalə etdiyini bildirib: Don və Erik bizneslə məşğul olacaq. Onlar kömək üçün mənə müraciət etmək niyyətində deyillər”.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır