Modern.az

Rusiyanı Krıma görə daha sərt cəzalandırmaq lazımdır: İDDİA

Rusiyanı Krıma görə daha sərt cəzalandırmaq lazımdır: İDDİA

11 Yanvar 2017, 21:54

ABŞ-ın dövlət katibi postuna namizəd Reks Tillerson bəyan edib ki, Rusiyanın Ukraynaya qarşı aksiyasına “daha sərt” cavab verilməlidir.  Modern.az xarici KİV-ə istinadən bildirir ki, Tillerson bunu namizədliyi Senatın beynəlxalq əlaqələr üzrə komitəsində müzakirə olunanda deyib.

 

Yeni prezident Donald Trampın komandasında bu postu tutmağa namizəd olan Tilleson qeyd edib ki, Ukrayna ABŞ və NATO-dan onun müdafiə silahı ilə təminatını xahiş etməlidir.

 

Onun çıxışı zamanı zalda etiraz edənlər hətta qışqıraraq deyiblər: “Senatorlar kişi olun, bu adamı Dövlət Departamentinə rəhbərlik etməyə imkan verməyin”.

 

O isə bəyan edib ki, Rusiya Krımı ələ keçirməklə Ukraynaya qarşı işğalçı kimi çıxış edib.

 

Tillerson ötən ilin sonunda ExxonMobil şirkətindən getdiyini bəyan edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir