Modern.az

Çeçenistanda 4 silahlı öldürülüb, Yenilənib

Çeçenistanda 4 silahlı öldürülüb, Yenilənib

11 Yanvar 2017, 22:28

Çeçenistanda keçirilən əməliyyat zamanı 4 silahlı öldürülüb,1 polis həlak olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, əməliyyat yanvarın 11-də Kurçaloy rayonunda keçirilib.

 

Məlumata görə, əməliyyat zamanı silahlı qrup üzvlərindən biri tutulub, digəri isə qaçmağa müvəffəq olub. Hüquq-mühafizə orqanlarının 1 əməkdaşı həlak olub. Səhər saatlarından etibarən əməliyyatın davam etdiriləcəyi bildirilir.

 

22:28

 

Çeçenistanın Kurçaloevski rayonundakı Kurçaloy və Tsotsi-Yurt yaşayış məntəqələri arasında güc strukturları ilə yaraqlılar arasında döyüş başlayıb. Modern.az Rusiya mediasına istinadən bildirir ki, ekstremistlərin saxlanılmasına cəhd edilib.

Bu zaman yaraqlılar gizlənməyə çalışıblar. Hazırda ərazidə qızğın döyüş gedir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir