Sabunçuda iki otaqlı ev yanıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kvadrat metr olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 19:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az