Modern.az

Gürcüstan və Rusiya qazın qiymətini razılaşdırıb

Gürcüstan və Rusiya qazın qiymətini razılaşdırıb

Aktual

12 Yanvar 2017, 00:35

Gürcüstan və Rusiya qazın qiyməti ilə bağlı razılığa gəlib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, artıq Gürcüstan qazı 185 dollara alacaq.  

Jurnalistlərə açıqlama verən Gürcüstanın Energetika naziri Kaxa Kaladze bildirib ki, “Qazprom”la Tiflisin Ermənistana tranzit olunan rus qazının monetizasiyası haqqında razılığa gəlinib: “Biz həmçinin tələbat yaranacağı təqdirdə əlavə həcmdə qaz alınması ilə bağlı razılaşmışıq. “Qazprom” belə olan halda bizə endirim edəcək. Bu qazı Rusiyadan 215 dollar əvəzinə artıq 185 dollara alacağıq. Müqaviləyə əsasən, Gürcüstanın Rusiya enerji daşıyıcılarından asılılığı artmır, sadəcə, ödəniş forması dəyişir. Bununla da biz Ermənistana tranzit olunan qazı pul kompensasiyası şəklində alacağıq. Tranzitin dəyərinə gəlincə, bu, Avropa ölkələri arasında ən yüksək məbləğlərdən biri olacaq”.

 

Qeyd edək ki, Tiflis 2016-cı il 31 dekabra qədər Ermənistana Rusiyadan gedən qazın ümumi həcminin 10%-ni tranzit qarşılığında əldə edirdi. Tiflis 2017-ci ildə də eyni şərtləri saxlamaq istəyirdi, ancaq Rusiya tranzitin qarşılığı olaraq pul təklifində israr edirdi.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir