19 yanvar 2017, Cümə axşamı
Ana Səhifə - GÜNDƏM - “Azərbaycandakı siyasi liderlər qınına çəkilib”
“Azərbaycandakı siyasi liderlər qınına çəkilib”
12.01.2017, 09:27

Son illər Azərbaycandakı siyasi partiyaların fəaliyyəti demək olar ki, gözə çarpmır. Siyasət meydanında dərin boşluq yaranıb, siyasi proseslər ölüb, siyasi dinamika sıfırn altındadır.
Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycanda  siyasi plüralizm var, siyasi partiyaların fəaliyyətinə icazə verilir, amma siyasətdə aktivlik bəzi səbəblərdən yox dərəcəsindədir.


“31 siyasi partiya rəsmi qeydiyyatdan keçib, bunların bəzilərinin qəzetləri də var. Siyasi partiyaların fəaliyyəti üçün ciddi əngəlləmələr yoxdur. Sadəcə olaraq, siyasi partiyaların fəaliyyətində müəyyən boşluq var. Mənim zənnimcə partiyaların çoxu ciddi maliyyə problemi keçirirlər. Partiyaların əksəriyyətinin cəmiyyətlə, xalqla təmasları demək olar ki, yox dərəcəsindədir. Bu səbəbdən də elektoral baza toplamaq nöqteyi-nəzərindən də ciddi çətinliklərlə üzləşiblər. Bu partiyalar öz aralarında siyasi inteqrasiyaya da gedə bilmirlər. Elə partiyalar var ki, üzvlərinin sayı da azdı, siyasi fəaliyyətlərə təsir etmək imkanları da yoxdur. Belə partiyalar bir-biri ilə birləşib və yaxud da blok yaradıb heç olmasa özlərinin xüsusi çəkisini artırmağa çalışmalıdırlar. Hazırki vəziyyətdə bu partiyalar öz şirələrində bişmək məcburiyyətində qalırlar və bu da həmin qurumların siyasi proseslərə təsirini heçə endirir”.

Politoloqun sözlərinə görə, partiyalarda əsas problemlərdən biri də liderlə bağlıdır.

“Sağlam şəxsiyyəti olan, özünün intellekt səviyyəsi ilə fərqlənən, heç olmasa özünün fikirləri və ideyaları ilə cəmiyyətdə təbəddülat yaratmağı bacaran liderlər azdır və yaxud da yoxdur. Olan liderlər də qınına çəkilib, mətbuatla təmasları zəifləyib, bir qismi siyasi partiyanı əlində saxlayıb “mən siyasətdən getmişəm” deyir.  Başqa biri isə siyasi inteqrasiya proseslərinə getmək istəmir və təkbaşına mübarizəni özü üçün əsas mübarizə yolu seçib. Belə bir şəraitdə əlbəttə ki, siyasi mühiti də qeyd etmək olar. Siyasi mühitin özü də partiyalar üçün əlverişli şərait yaratmır. Çünki iqtidar o  dərəcədə uğurlu və çevik siyasət yürüdür ki, siyasi partiyaları bütün sahələrdə qabaqlayır.  Bütün bunlar cəmiyyətdə siyasi plüralizm ənənələrinin yaranmasına və siyasi boşluğun aradan qaldırılmasına imkan vermir”.

Qabil Hüseynli deyib ki,  indiki dövrdə eyni təmayüllü, eyni ideoloji yönlü partiyalar siyasi inteqrasiyaya getməlidir.

“Siyasi partiyanın funksionerləri xalq içərisində görülməlidir, xalqla söhbət aparmalıdırlar, xalqa vəziyyəti izah etməyi bacarmalıdırlar. Əgər bunu edə bilmirlərsə, mətbuata çox çıxmalıdırlar. Bir sözlə, siyasi fəallığın müxtəlif formaları var. Onların hamısından liderlər istifadə edib özlərinin tabeçiliyində olan və yaxud onların arxası ilə gedən insanları da fəallaşdırmağı bacarmalıdırlar”. 

 

Qafar Ağayev


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
19.01.2017, 00:59

Prezident İlham Əliyev  Məsud Bərzani ilə görüşüb

19.01.2017, 00:46

Obama Rusiyaya qarşı  sanksiyaların səbəbin açıqladı

19.01.2017, 00:30

Avtomobili olmayan şəxs sürət həddini aşmağa görə cərimələnib - Video

19.01.2017, 00:14

Prezident “LUKOIL” və “Statoil” şirkətinin rəhbərləri ilə görüşüb - Yenilənib

18.01.2017, 23:58

Yevlaxda canavarlar 120 baş qoyunu parçalayıb

18.01.2017, 23:40

“Reina”da terror törədən şəxs: “Lütfən, məni öldürməyin” 

18.01.2017, 23:26

Qalmaqallı boks səhnəsi "Recep İvedik 5" filmindən çıxarılıb - VİDEO

18.01.2017, 23:13

Samuxda yas çadırından oğurluq edilib

18.01.2017, 22:57

Buş  reanimasiya yerləşdirilib

18.01.2017, 22:44

Baş Qərargah rəisi yol qəzasında ölüb

18.01.2017, 22:27

Sərkisyan “qanuni oğrular”la bir stol arxasında: VİDEO

18.01.2017, 22:18

"Azərbaycanın Ukraynaya yatırdığı investisiyaların həcmi 200 milyon dollara çatıb" - Prezident, Yenilənib

18.01.2017, 21:54

Gəncədə 26 yaşlı oğlan özünü asıb

18.01.2017, 21:28

Yaşlı müəllim şagirdini yoldan çıxarmağa görə tutulub

18.01.2017, 21:14

“Heyvan sahiblәri birbaşa mәsuliyyәt daşıyırlar” – DYP-dən xəbərdarlıq

18.01.2017, 20:59

Ermənistanda keçmiş nazirlər yeni blokda birləşirlər

18.01.2017, 20:29

“İƏT çərçivəsində həmrəyliyin güclənməsinə səylərimizi əsirgəməyəcəyik” – Nazir

18.01.2017, 20:15

Hərbi düşərgəyə hücum olub – 47 ölü

18.01.2017, 20:02

"Azərbaycan yeni inkişaf mərhələsinə daxil olub" - Prezident

18.01.2017, 19:43

Dağlıq Qarabağ problemi Malayziyada da müzakirə edilib

18.01.2017, 19:03

Zərərçəkmiş: "MTN-də döyüldüm, məndən 250 min manat istədilər"

18.01.2017, 18:53

İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb 

18.01.2017, 18:42

Azərbaycan pasportu dünyada 61-ci yerdədir

18.01.2017, 18:37

Şabranda 6-cı sinif şagirdi intihar edib

18.01.2017, 18:24

Rusiya və Türkiyə İŞİD-ə qarşı birgə əməliyyata başladı

18.01.2017, 18:06

Bank of Baku-nun idarə heyətində dəyişiklik olub

18.01.2017, 17:39

Qarabağda erməni hərbçi öldü

18.01.2017, 17:27

Bakıda jurnalisti təhqir edən idmançını 50 min manat təzminat gözləyir

18.01.2017, 17:20

Dollar bahalaşdı, manat ucuzlaşdı

18.01.2017, 17:16

Eks-səfir mükafatlandırıldı

18.01.2017, 17:15

«Bir mətbuat konfransının tarixi»nin təqdimatı olacaq

18.01.2017, 17:07

 “AMEA-nın professoru” elmi adı təsis edilib

18.01.2017, 17:07

Məktəblərdə Danışıq Klubları yaradılır

18.01.2017, 16:46

Baş nazirimizin soyadını necə yazaq? - Rasizadə, yoxsa Rasi-zadə...

18.01.2017, 16:29

Ucarda 82 yaşlı kişi itkin düşdü

ARXİV