Modern.az

Atəşkəs 35 dəfə pozuldu

Atəşkəs 35 dəfə pozuldu

Aktual

12 Yanvar 2017, 09:41

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 35 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, İcevan rayonunun Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Cəfərli kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir