Modern.az

Bakıda asılmış kişi meyiti AŞKARLANDI

Bakıda asılmış kişi meyiti AŞKARLANDI

12 Yanvar 2017, 10:30

Bakıda intihar hadisəsi baş verib.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Nəsibbəy Yusifbəyli küçəsi 41 ünvanında yerləşən sahibsiz tikilidə qeydə alınıb. Yerli sakinlər polisə həmin tikilidə asılmış kişi meyitinin aşkarlanması barədə məlumat veriblər.

Həyata keçirilən tədbirlər nəticəsində intihar edən şəxsin Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Azər Əkbər oğlu Süleymanov olması müəyyən edilib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?