28 mart 2017, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Qırmızı imperiyanın qara əməlləri
Qırmızı imperiyanın qara əməlləri
12.01.2017, 11:25

(1905-ci il 9 Yanvar “Qanlı  bazaar” günü və 1990-cı il 20 Yanvar “Qanlı şənbə” günü)

Deyirlər, tarix təkrar olunur. Hər bir dövrün  müəyyən inkişaf mərhələsində müxtəlif ölkələrdə  baş verən ictimai-siyasi xarakterli hadisələr nə vaxtsa onu doğuran  mühit və şərait yarandıqda yenidən təkrarlanır. Lakin həmin hadisələr arasında cox fərqli cəhətlər də özünü göstərir.

Müqayisə üçün  çox da  uzaq olmayan keçmişə nəzər salmağımız fikrimizə aydınlıq gətirə bilər. Sovetlər dönəmində orta məktəbdə oxuyarkən, “SSRİ tarixi” dərsliyində belə bir  mövzu var idi: “9 yanvar qanlı bazaar günü”.  Burada belə yazılmışdı: Çar hökuməti zamanında Rusiyada haqsızlıq, ədalətsizlik, hüquqsuzluq, zülm və istibdad hökm sürürdü. Hakim sinfin qəddarlığı, çar məmurlarının ğzbaşınalığı, aclıq, səfalət və xəstəliklər minlərlə insanın həyatına son qoyurdu, savadsızlıq, nadanlıq və cəhalət ölkəni başdan-başa bürümüşdü.  Müharibələr, üsyanlar ölkəni taqətdən salmış, həyat, demık olar ki, iflic vəziyyətə düşmüşdü.

Hökumətdən, onun mürtəce suyasətindən, müharibələrin ağır nəticələrindən, həyat və məişətin dözülməzliyindən cana doyan xalq kütlələrinin  mütləqiyyətə qarşı nifrəti və qəzəbi getdikcə artır, üsyanlar baş verir, azadlıq və demokratiya uğrunda mübarizə hərəkatına çevrilirdi.

1905-ci il birinci rus inqilabı, Rus-yapon müharibəsində Rusiyanın məğlubiyyəti, genişlənən inqilabi azadlıq hərəkatı mütləqiyyətin süqutunu tezləşdirdi. Bundan qorxuya düşən çarizm hakimiyyətini saxlamaq üçün ən dəhşətli tədbirlərə əl atmaqdan çəkinmirdi. Hər gün minlərlə günahsız insanın  qanı axıdılır,  yüzlərlə adam edam olunur və güllələnirdi. Bütün cəza tədbirlərinin nəticəsiz qaldığını görən  çar o zaman xalqı qorxutmaq üçün  daha dəhşətli bir tədbirə əl atdı:1905-ci il yanvar ayının 9-da  bazaar günü  keşiş Qaponun yalançı vədi əsasında  Peterburq meydanına axışan və çara inanan on minlərlə insan -- qoca, cavan, böyük, kiçik, xəstə, sağlam və xırda uşaqlar böyüklərə qoşularaq çardan mərhəmət gözləməyə başladılar. Onlar Allaha dualar oxuyurdular.

Elə bu zaman keşiş Qaponun əmri ilə  meydanı hər tərəfdən mühasirəyə almış  çar ordusunun silahlı dəstələri əliyalın, silahsız insanları gülləbaran  etməyə başladılar.  Meydan qan gölünə döndü.  Heç bir insanlığa sığmayan bu hadisə  “9 yanvar qanlı Bazar günü” adı ilə tarixin səhifələrinə düşdü.

Bəs gülləbaran edilən insanların günahı nə idi? - Zülm və istismarın  olmadığı azad bir cəmiyyətdə, ədalət və haqqın hökm sürdüyü bir quruluşda yaşamaq , sərbəst nəfəs almaq istəyi! Bu, Tanrının  öz bəndələrinə  bəxş etdiyi ən  böyük hüquqdur. Bu hüququ onun əlindən  almağa heç kimin  ixtiyuarı yoxdur!

O zaman sovet tarixçiləri həmin hadisələri şagirdlərə və tələbələrə  bəlağət və fəsahətlə təbliğ edirdilər.  Məqsəd də bu idi: qoy hamı bilsin ki, sovet höluməti, Kommunist partiyası nə qədər humanist, nə qədər insanpərvərdir, ədalət və haqqın keşikçisi, sülhün,   demokratiyanın və azadlığın müdafiəçisidir, onun dayağıdır. Sovet ordusu sovet xalqlarının qoruyucusu və mənafelərinin təminatçısıdır.

Lakin tarix irəlilədikcə, illər bir-birini əvəz etdikcə, məlum oldu ki, bu, qara maskaya bürünmüş yalançı və saxta bir siyasət, xalqın başını qarışdırmaq , gözündən pərdə asmaq üçün təşkil olunmuş bir oyun imiş. Baş verən müxtəlif məzmunlu hadisələr nəticəsində  əllərindəki qırmızı bayrağın və üzlərində ki qara maskanın rəngləri solmağa, altında gizlədilmiş sirlər aydın görünməyə başladı.  Məsələn, Leninin “Xalqların öz müqəddəratını təyin etməsi və  lazım gələrsə, ayrılaraq müstəqil dövlət yaratmaq hüququna malik olması” haqqındakı bəyanatına bolşeviklərin münasibəti bunu aydın göstərdi. İnqilabdan sonrakı illərdə  sovet hökuməti bu bəyanatdan üz döndərdi və qeyd etdi ki, onun həyata keçirilməsi gələcəkdə ən ağır nəticələr doğura bilərə.

Həmin fakt sovet hökumətinin  və Kommunist partiyasının  yeritdiyi siyasətin  maskalanmış, hiyləgər bir siyasət olduğunu  göstərən ilk əlamət idi.  Lakin biz buna əhəmiyyət vermədik. Axı bu, təkcə bizə aid deyildi, aid olsaydı da, heç nə edə bilməzdik! Ona görə də  sovet hökumətinin daxili və xarici siyasətini “bəyəndik”, onu canımızla, qanımızla qoruyacağımıza and da içdik!

Təsəvvürümüzə belə gətirə bilməzdik ki, sovet hökuməti, Kommunist partiyası tərkibindəki respublikalara  ikili standartla yanaşa bilər, birinə doğma, digərinə ögey  münasibət göstərər. Düzdür, böyüdükcə, ağlımız kəsdikcə hadisələrin mahiyyətini az-çox anlamağa başlayırdıq, dərk etmək isə qadağan idi. Qadağaya riayət etməyənləri çox uzaqlara – gedər-gəlməz səfərlərə yola salırdılar.

1948 və 1988-ci illərdə sovet hökuməti və kommunist partiyasının  yeritdiyi ikili siyasətinin ağır nəticələrinin şahidi olduq. Erməniləri özünə doğma, azərbaycanlıları  ögey hesab edən qırmızı sovet imperiyası, nəhayət, öz çirkin simasını açıb göstərdi.  Bir milyondan çox azərbaycanlı  zorla, silah gücünə  doğma ata-baba yurdlarından deportasiya edildi, qovuldu, torpaqlarımızın, doğma yurdumuzun 20 faizi ermənilərə verildi.

Azərbaycan xalqı artıq bu ikiüzlü və hiyləgər siyasətlə  barışa bilmədi. Sovet hökuməti və  onun partiyasının mürtəce siyasətinə  öz etiraz səsini ucaltdı, sovet hökumətini, onun dayağı olan  yerli rəhbərləri bu iyrənc  təhqiredici siyasətə son qoymağa çağırdı. İmperiya isə bu çağırışı başqa cür qarşıladı. Çar Nikolay və  onun sevimli keşişi Qaponun üsulundan istifadə etməyi  çıxış yolu kimi seçdi.

1990-cı il  yanvar ayının 20-də  şənbə günü sovet hökuməti xüsusi təlim görmüş və əksəriyyəti erməni millətindən olan ordunu gizli şəkildə  Bakıya yeritdi İçki və narkotik maddənin təeirindən beyinləri dumanlanmış, başdan- ayağa qədər silahlanmış  quduz  əsgərlər heç nəyə, heç kimə fərq qoymadan dinc əhalini gülləbaran etməyə başladılar.  Qarşılarına çıxan hər şeyi tankların altına salır, güllələyir, yerlə yeksan edirdilər.  Yüzlərlə insan, o cümlədən qocalar , ahıllar, körpə uşaqlar al qana boyandılar Küçələrdə qanlı gölməçələr əmələ gəldi. Yaralıları yerləşdirmək üçün xəstəxanalarda yer çatışmırdı. İnsanlar vahimə icərisində nə edəcəklərini bilmirdilər. Onlar inanmırdılar ki, bu hadisələri törədən sovet ordusu, sovet hökumətidir.

Bu qanlı olaylar əyani şəklidə göstərdi ki, tarix və tarixi hadisələr təkrar olunur…1905-ci il 9 yanvar qanlı bazar günündə baş vermiş hadisələr 1990-cı il 20 yanvar qanlı şənbə günündə təkrar olundu. O zaman ölkəni çar Nikolay, 1990-cı ildə isə Nikolayın davamçısı, soykökü bir olan  Qorbaçov və onun kimilər idarə edirdilər.

Özünü humanist, sülhün və demokratiyanın dayağı və təminatçısı kimi qələmə verən sovet hökumətinin, qırmızı imperiyanın və onun kommunist partiyasının maskalanmış siyasəti, iyrənc siması həmin gün ifşa olundu.



Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu,
Fəlsəfə və ictimai fikir tarixi” şöbəsinin aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru,  Qabaqcıl Maarif Xadimi   

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
28.03.2017, 14:05

Erməni bicliyi…

28.03.2017, 14:03

Zakir Həsənov yüksək rütbəli hərbçləri istefaya göndərdi

28.03.2017, 13:49

Dünyada ilk xalça muzeyinin yarım əsrlik yubileyi - FOTOLAR

28.03.2017, 13:45

Gürcüstandan Avropaya 800 nəfər uçub – Vizasız ilk gün

28.03.2017, 13:41

Elmar Məmmədyarov ABŞ-ın dövlət katibinə məktub ÜNVANLADI

28.03.2017, 13:37

Rusiyada Daxili İşlər Nazirliyini şöbə rəisi öldürüldü

28.03.2017, 13:35

Prezident: “Bizim işlərimiz yarımçıq qala bilərdi”

28.03.2017, 13:07

Mərkəzi Bankda növbəti hərrac - dollar 1,7220 manata satıldı

28.03.2017, 12:58

Rejissorlardan yeni filmlərdəki VULQARİZMƏ ciddi irad: “... ucuz dəyərlərə hesablanır”

28.03.2017, 12:50

Sabahın hava PROQNOZU: güclü külək əsəcək

28.03.2017, 12:49

Oqtay Əsədov MDB PA-nın medalına layiq görülüb

28.03.2017, 12:38

“Elə bilirdik ki, Kəlbəcəri işğal edə bilməzlər” - Kəlbəcərli şahid 24 il əvvəldən DANIŞIR

28.03.2017, 12:37

Mətbuat Şurası Gürcüstanda çalışan jurnalistləri təltif edib

28.03.2017, 12:07

“Bakı Metropoliteni”nin 2 kilometrlik yolu qeyri-qənaətbəxşdir - FOTO

28.03.2017, 11:57

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olunub

28.03.2017, 11:56

İran Rusiyanın hərbi təyyarələrinə icazə verə bilər

28.03.2017, 11:46

Bu zolağa girən bəzi avtobuslar da cərimələnəcək - RƏSMİ

28.03.2017, 11:45

İslam Oyunlarının iştirakçılarına Bakıdakı 2 xəstəxana tibbi yardım göstərəcək

28.03.2017, 11:39

Vaqif Bayatlı Odərdən xəbər var

28.03.2017, 11:25

Azərbaycanda qumarxana təşkil edənlərə 15 min manatlıq YENİ CƏZA

28.03.2017, 11:24

Prezident Saatlıda müşavirə keçirir - YENİLƏNİB 

28.03.2017, 11:14

Jurnalistlərin ikinci binasında tamamlama işləri görülür

28.03.2017, 11:13

ABŞ-da yəhudilərə qarşı nifrət GÜCLƏNİB

28.03.2017, 11:02

Gürcüstandan yeni İDDİA: “Avropa Birliyinin üzvü olmaq istəyirik”

28.03.2017, 10:58

Bakının yarımçıq “göydələnləri”... - PROBLEM

28.03.2017, 10:53

BANM-in tələbələri “Fövqəladə hallarda özünü necə aparmalı?”

28.03.2017, 10:36

Kapital Bank Beynəlxalq Maliyyə Şurasının açılışında iştirak edib

28.03.2017, 10:31

Eldar Mahmudovun oğlunun şəriki İnterpol-un axtarışına verilib - FOTO

28.03.2017, 10:31

Prezident "Sarıcalar" yarımstansiyasının açılışında

28.03.2017, 10:04

Neftçalada 1 nəfər Kür çayında boğuldu

28.03.2017, 09:54

“Azərsun”un məhsulu ilə dolu yük avtomobili yoxa çıxdı — MİLYONLUQ MÜƏMMA

28.03.2017, 09:50

Ermənilər mövqelərimizi atəşə tutdu

28.03.2017, 09:45

Magistraturaya sənəd qəbulu bu gün yekunlaşır

28.03.2017, 09:33

Azərbaycanlı alimin Əfqanıstan barəsindəki tədqiqat əsəri çap olundu

28.03.2017, 09:23

“MADE İN ARMENİA” etiketli malı Azərbaycana gətirənlər mütləq cəzalandırılmalıdır!”

ARXİV
SORĞU
Hansı ali məktəb daha yaxşı təhsil verir?
Prezident Yanında Dövlət İdarəçilik Akademiyası(4.11%)
Azərbaycan Dövlət İqtisad Universiteti(7.64%)
Bakı Dövlət Universiteti(21.1%)
Bakı Ali Neft Məktəbi(1.76%)
Azərbaycan Dillər Universiteti(42.3%)
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti(3.52%)
Azərbaycan Texniki Universiteti(2.35%)
Azərbaycan Tibb Universiteti(2.94%)
Bakı Slavyan Universiteti(2.94%)
Azərbaycan Dövlət Pedaqoji Universiteti(11.1%)