24 yanvar 2017, Çərşənbə
Ana Səhifə - - Fazil Mustafadan Sərdar Cəlaloğluna XƏBƏRDARLIQ: “Sübut etməsə, şərəfsiz deyəcəm!”
Fazil Mustafadan Sərdar Cəlaloğluna XƏBƏRDARLIQ: “Sübut etməsə, şərəfsiz deyəcəm!”
12.01.2017, 11:36

Deputat Fazil Mustafa ilə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun dini mövzudakı mübahisələri dərinləşib.

 

Qeyd edək ki, S. Cəlaloğlu “Qafqazinfo”ya müsahibəsində Fazil Mustafanı nurçu olmaqda və məzhəbçilikdə ittiham etmişdi. Fazil Mustafa isə S. Cəlaloğlunu İranpərəstlikdə suçlayıb, Xomeyninin tör-töküntüsü adlandırıb.

 

Fazil Mustafa bu mövzuda yenidən sərt açıqlama ilə çıxış edib. Modern.az saytının xəbərinə görə, Fazil Mustafa bildirib:

 

“Sərdar Cəlaloğlu belə bir açıqlama verib ki, guya Fazil Mustafa deyib ki, bütün şiələr siğədən doğulanlardır. Əhsən İran xüsusi xidmət orqanlarına, düşünüblər ki, mənim üzərimə daha həyasız bir böhtançını salsalar, öz ölkəmizə qarşı hücumlara müqavimətimizi azalda bilərik. Mən isə xeyli konkret adamam”.

 

Deputat xəbərdarlıq edib ki, Sərdar Cəlaloğluna və onun kimi düşünənlərə üç gün vaxt verir.

 

“Hansısa kitabımda, məqaləmdə, statusumda belə bir cümləni tapıb bu müddət ərzində ortaya çıxarmasalar bu sözü birbaşa və yalnız  Sərdar Cəlaloğluna aid edəcəyəm. Və hər yerdə Sərdar Cəlaloğlu adı gələndə sadəcə şərəfsiz bir böhtançı sözünü işlədəcəyəm.

 

Çünki bu böhtançı ifadə ilə Sərdar Cəlaloğlu mənim də əziz insanlarımı təhqir edib. Adama Qumdan çox təlimat gələr, açıb bir içərisini oxuyub düşünər ki, nəyi açıqlayım, nəyə susum.

O iddia edir ki, guya bizim tərəfimizdən Azərbaycana Suriya senarisi gətirilir. Buna da Suriyada yalançı cihad çağrışları ilə gedənlərə qarşı mövqeyimi ifadə edən bir neçə il ərzindəki yazıları və statusları dərc etməklə cavab verəcəyəm. Bu Qum saatı ilə işləyənlər elə bilirlər ki, yalan və böhtan üzərindən bi ölkədə öz təbliğatlarını genişlədə biləcəklər. Azərbaycanın sağlam düşüncəli vətəndaşları öz dövlətinə və vətəninə sədaqətlə bu ssenarilərin qarşısını almağa qadirdir”-deyə o əlavə edib.

 

Aqşin Kərimov


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
24.01.2017, 17:10

Manat və dolların sabahkı məzənnəsi AÇIQLANDI

24.01.2017, 17:07

Bakıda 5 marşrutun dayanacağı dəyişdirildi

24.01.2017, 17:02

Prezidentin fərmanı bu insanların həyatını dəyişəcək"

24.01.2017, 16:53

Azərbaycanlı diaspor rəhbəri erməni qızla evləndi - FOTOLAR

24.01.2017, 16:44

“Reklam haqqında” qanuna hansı dəyişiklik olacaq?

24.01.2017, 16:36

Azərbaycanda müdafiə təyinatlı məmulatların istehsalı artıb

24.01.2017, 16:34

AŞPA-da Qənirə Paşayevadan ÇAĞIRIŞ: "Şəhidimiz və girovlarımız geri qaytarılsın!”

24.01.2017, 16:15

Tanınmış astroloqun 2017-ci üçün 25 PROQNOZU - Azərbaycanda nələr olacaq...

24.01.2017, 15:58

Əhliman Əmiraslanov Elmlər Akademiyasında Ümumi yığıncaq keçirdi

24.01.2017, 15:48

DYP sürücünün yol polisinə niyə yalvardığını araşdıracaq - VİDEO

24.01.2017, 15:47

““WİFİ” parolunu oğurlamaq haramdır”

24.01.2017, 15:45

Sosial şəbəkələri və bloqqerliyi tənzimləyən qanunda nələr yazılacaq?..

24.01.2017, 15:30

Bakıda təqsirləndirilən şəxs özünü DOĞRADI  

24.01.2017, 15:19

Maliyə Bazarlarına Nəzarət Palatası daha hansı bankları bağlatdıracaq? - AÇIQLAMA

24.01.2017, 15:13

Yazıçılar Birliyi film çəkir: “Bu formatda, janrda bir ilkdir”

24.01.2017, 15:09

Dövlət başçılarının xəstəlikləri - Kim nədən əziyyət çəkir? - MARAQLI

24.01.2017, 15:07

İradə İsak efirə qayıdır - “Tor”

24.01.2017, 15:00

Nazirdən polislərə göstəriş: “Arıqlayın!”

24.01.2017, 14:54

Arzu Səmədbəylinin SUSQUNLUĞU

24.01.2017, 14:44

“Köçkünlər üçün bürokratik əngəllər aradan qalxacaq”

24.01.2017, 14:33

Araz Ağalarov: “Xahiş etsəm Tramp mənimlə görüşər, amma tozanaq qopar”

24.01.2017, 14:25

Ərdoğan Azərbaycanla bağlı Protokolu təsdiq edib

24.01.2017, 14:06

Həyatı necə dərk edək - elm, yoxsa fəlsəfə?

24.01.2017, 14:01

Beş mövzu əsasında yazılı imtahan özünü doğrultmursa?..

24.01.2017, 13:52

İcra başçıları Facebook-dan qorxurlar

24.01.2017, 13:47

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 3-cü iclasının vaxtı məlum oldu

24.01.2017, 13:35

Lavrovla Çavuşoğlu Suriya münaqişəsini müzakirə etdilər

24.01.2017, 13:32

Komitə sədri qanunsuz tikililərin artma səbəbindən DANIŞDI

24.01.2017, 13:12

Yol polisi taksi sürücüləri ilə bacara bilmir - Bir həftədə 3000 PROTOKOL

24.01.2017, 13:10

Dövlət Duması Azərbaycanda səyyar iclas keçirəcək

24.01.2017, 13:06

Regional məsələlər komitəsi bu məsələlərə baxacaq – SİYAHI

24.01.2017, 13:01

Türkiyədə atışma: 4 yaralı

24.01.2017, 12:59

Sabahın hava PROQNOZU

24.01.2017, 12:54

Köçkünlərin kommunal xərclərə görə borcları kütləvi hal ala bilər

24.01.2017, 12:48

Fəttah Heydərov: “Prezidentin məcburi köçkünlərə diqqəti göz önündədir”

ARXİV