Modern.az

Vahid Mustafayev Mehman Hüseynovu belə MÜDAFİƏ ETDİ

Vahid Mustafayev Mehman Hüseynovu belə MÜDAFİƏ ETDİ

12 Yanvar 2017, 11:56

“Çox təəssüf edirəm ki, bizim, uğrunda vuruşduğumuz doğma Azərbaycanımızda Mehman Hüseynovun başına gələn hadisə yer alıb”.

Modern.az saytı xəbər verir ki, bu sözləri “ANS Müstəqil Yayım və Media” Şirkətinin prezidenti Vahid Mustafayev tanınmış bloqqer Mehman Hüseynovun müdafiəsi məqsədilə bildirib.

V.Mustafayev özünün Facebook səhifəsində yazıb:

“Adam itir, sonra tapılır… Mən Mehman Hüseynovu şəxsən tanımasam da, sosial şəbəkədən onun “Rembo” və ya “Komandos” olmadığının şahidi oldum. Axı niyə bu gəncə qarşı səkkiz nəfər maskalı adam əməliyyat aparmalı idi, niyə bunu şəffaf şəkildə yaxınlaşıb, vəsiqə təqdim edərək bölməyə dəvət etmək olmazdı…
Ola bilər ki, kimsə nəyisə anlamasın… Bunun üçün hər bir sivil cəmiyyətdə olduğu kimi, bizim Azərbaycanda da ziyalılarımız və aydınlarımız var, həmin hadisədə iştirak edənlərin müəllimləri və valideynləri var.
Yadımdadır, dostum Mir Şahin 1992-ci ildə ANS-in proqramlarının birində liftə minməyə tələsənlərə bir sual vermişdi: “Cənablar, deməzsiniz, bu lift yuxarı gedir, ya aşağı?”. Elə-belə yadıma düşdü...”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir