Modern.az

Azərbaycanın yeni Konstitusiyası çap olundu

Azərbaycanın yeni Konstitusiyası çap olundu

12 Yanvar 2017, 12:09

Azərbaycan Respublikasının Konstitusiyası 26 sentyabr 2016-cı ildə  keçirilmiş ümumxalq səsverməsinin (referendum) nəticələrindən sonra yeni redaksiyada çap edilibmi?

 

Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlama verib.

 

Tahir Kərimli Konstitusiyasının yeni dəyişikliklərdən sonra artıq çap olunduğunu bildirib.

 

“Amma bu, kütləvi sahə üçün yox, xidməti sahə üçün çap olunub. Mənim özüm də dəyişikliklərdən sonra çap olunmuş Konsitutsiya ilə tanış olmuşam. Orada referendumda olan bütün dəyişikliklər öz əksini tapıb”.

 

Deputat yeni Konsitutsiyanın kütləvi şəkildə çap olunacağını da qeyd edib.

 

“Zənnimcə, yeni Konsitutsiya internetdə də yerləşdirilib. Hazırda üzərində iş getdiyinə görə, yaxın vaxtlarda  yeni Konsitutsiya çap olunacaq”.

 

 

 

Mirmahmud KAZIMOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir