Modern.az

Bakı Slavyan Universiteti Milli Qəhrəmana hörmətsizliyə AYDINLIQ GƏTİRDİ

Bakı Slavyan Universiteti Milli Qəhrəmana hörmətsizliyə AYDINLIQ GƏTİRDİ

12 Yanvar 2017, 12:19

Milli Qəhrəman Məmməd Həsənovun Bakı Slavyan Universitetinə rəhbərlik tərəfindən buraxılmaması əmrinə  adıçəkilən universitetin mətbuat xidmətinin rəhbəri İbrahim Quliyev cavab verib.

 

O, Modern.az-a  bildirib ki, universitetə gəlməmişdən öncə,  rəhbərliyi xəbərdar etmək lazım idi.

 

“Məmməd Həsənov  universitetə informasiya, məlumat almaq üçün gəlibsə, bu öncədən razılaşdırılsa idi, lap yaxşı olardı. Biz hər zaman Milli Qəhrəmanlara hörmətlə yanaşmışıq. Onlara hörmətimiz var.  Təəssüf ki, heç bir əlaqə saxlamadan gəlib və içəri keçmək istəyib.

 

Birincisi, mühafizəçi universitetin təhlükəsizliyinə baxır. Bu görüş qabaqcadan razılaşdırılmalı idi ki, onun nə vaxt gələcəyini bilim və bu barədə də mühafizəçiyə məlumat verim. Bu, belə olmalı idi.

 

İkincisi, hal-hazırda universitetdə imtahan sessiyası vaxtıdır. Belə məqamlarda imtahana müdaxilələr olmaması və şəffaf keçirilməsi üçün  kənar şəxslərin buraxılması məhdudlaşdırılıb”

 

İbrahim Quliyev, Məmməd Həsənovu içəri buraxmayan prorektor barəsində də dəqiqləşdirmə apardığını deyib.

 

“Kimə zəng edilməsindən, hansı prorektora məlumat verilməsindən  xəbərim yox idi. Bununla bağlı dəqiqləşdirmə apardım. Universitetin Təsərrüfat məsələlərinə baxan   prorektora zəng olunub. O da deyib ki, “əgər universiteti gəzmək istəyirsinizsə, köhnə tələbə yoldaşlarınızdan, köhnə müəllimlərdən kimisə tanıyırsınızsa, onunla bir yerdə gəzə bilərsiniz”. Cavab belə olub”. 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir