Modern.az

Sabah hava necə olacaq? - PROQNOZ

Sabah hava necə olacaq? - PROQNOZ

12 Yanvar 2017, 12:35

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək. Havanın temperaturunun gecə 2-4° isti, gündüz 8-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman, bəzi şimal və şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir