Modern.az

Akademiyada iki instituta direktor seçiləcək

Akademiyada iki instituta direktor seçiləcək

12 Yanvar 2017, 12:43

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti iki elmi müəssisədə direktor vəzifəsini tutmaq üçün seçkilər elan edib. Modern.az xəbər verir ki. bunlar Folklor İnstitutu və İqtisadiyyat İnstitutudur.

AMEA-dan verilən məlumata görə, elmi müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu, həmin bölmənin üzvləri və elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.

Namizədlərin irəli sürülməsi 1 ay müddətində AMEA-nın müvafiq elmi bölməsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır