17 avqust 2017, Cümə axşamı
Ana Səhifə - ÖLKƏ - “Fazil Mustafa haqqında elə söz deyərəm ki, yetişmişi qala-qala, kalı tökülər” - QALMAQAL
“Fazil Mustafa haqqında elə söz deyərəm ki, yetişmişi qala-qala, kalı tökülər” - QALMAQAL
12.01.2017, 13:02

Deputat Fazil Mustafa ilə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu arasındakı dini mövzuda mübahisə daha da qızışıb.

Fazil Mustafanın sosial şəbəkədə yazdığına görə, Sərdar Cəlaloğlu belə bir açıqlama verib ki, guya Fazil Mustafa deyib ki, bütün şiələr siğədən doğulanlardır. 

“Sərdar Cəlaloğlu və onun kimi düşünənlərə üç gün vaxt verirəm. Hansısa kitabımda, məqaləmdə, statusumda belə bir cümləni tapıb bu müddət ərzində ortaya çıxarmasalar, bu sözü birbaşa və yalnız  Sərdar Cəlaloğluna aid edəcəyəm. Və hər yerdə Sərdar Cəlaloğlu adı gələndə sadəcə "şərəfsiz bir böhtançı" sözünü işlədəcəyəm”.

Məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Modern.az-a açıqlama verib.

Sərdar Cəlaloğlu bu ifadələri yalandan demədiyini bildirib.

“Camaat çörəyi burnuna yemir. Guya insanlar bilmir ki, o, bu sözü bir dəfə yox, on dəfə işlədib... O kimdi ki?.. Mən ona deyim ki, hansı müsahibəsində, yazısında bunları deyib. Getsin internetdə baxsın. Mən onun üçün katib-zad deyiləm. Yoxsa hardan bilərəm ki, Fazil Qəzənfəroğlu bu fikirləri deyib. Mətbuatdan oxuduğumu deyirəm. Əgər Fazil Mustafa fikrindən peşman olubsa, desin ki, “mən siğədən əmələ gəlmə fikirlərini səhv ifadə etmişəm”. Ya da desin ki, “jurnalist mənim adımdan yazıb”.
Bunlar faktdır. Dəfələrlə Fazil Mustafa bu sözü işlədib. Bildiyimiz kimi bu yaxınlarda İran prezidenti Həsən Ruhani İrəvana səfər etmişdi və orada erməni prezident Sarkisyanla müəyyən danışıqlar aparmışdı. Bununla bağlı Fazil Mustafa yazmışdı ki, “siz şiələr müsəlman olduğunuzu iddia etməklə, donuz əti yeyə, araq içə bilərsiniz”. Bu birinci dəfə deyil. O, qədər ağzına gələni danışır ki, yəqin yadından çıxıb. Getsin öz müsahibələrinə baxsın. Oradan da “siğədən əmələ gəlmə” sözünü tapacaq. Bunu deyəndə də mətbuatda onun cavabını yaxşı vermişdilər. Fazil Mustafa yaxşı bilir ki, bunu harada və necə deyib. Ona görə də sübuta ehtiyac yoxdur”.

 

Partiya sədri deyib ki, əgər Fazil Mustafa onun haqqında “şərəfsiz bir böhtançı” sözü işlədərsə, çox ciddi cavab alacaq:

“Özü də bilir ki, mənim qatı və obrazlı fikirlərim var. Onun haqqında elə söz deyə bilərəm ki, yetişmişi qala-qala kalı tökülər. O, Azərbaycanda kimlərə xidmət edir, hansı siyasəti həyata keçirmək istəyir? Mənim onun şəxsiyyəti ilə bağlı heç bir şübhəm yoxdur. Amma onun xidmət etdiyi ideyalar Azərbaycan dövlətinə və xalqına ziddir. Öz xalqını və dövlətini sevən adam  Fazil Mustafanın bu mövqeyinə qarşı çıxış etməlidir. Əgər Fazil Mustafa düşünür ki, onun şiəliklə bağlı fikirləri düzdür, onda tamamilə başqa cavab alacaq. Mən dediyim hər bir sözün üstündə dururam.
“Siğədən əmələ gəlmə” sözünü də mətbuatda bilməyən yoxdur. Siz bunu araşdırıb baxa da bilərsiniz. O, bir yox, bir neçə müsahibəsində “siğədən əmələ gəlmə” sözünü işlədib. Həmçinin şiələrin müsəlman olmadığını, Şah İsmayıl Xətainin də şiə olduğuna görə, nə müsəlaman, nə də türk olduğunu öz müsahibələrində deyib. Mən də onun bu müsahibəsinə görə məqalə yazmışam”.

 

Mirmahmud KAZIMOĞLU

 

 

 

 


senan
13.01.2017, 02:46

bu cənablar bu qədərmi asudədirlər ki,boş avara işlərlə məşğuldurlar?

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İnsanları il ərzində ən az işləyən ölkələr- SİYAHI
17.08.2017, 00:56

İnsanları il ərzində ən az işləyən ölkələr- SİYAHI

Bağlı qapı arxasında qalan 2 azyaşlı xilas edilib
17.08.2017, 00:44

Bağlı qapı arxasında qalan 2 azyaşlı xilas edilib

ABŞ Latın Amerikası ölkələrini Koreya ilə əlaqələri kəsməyə çağırıb
17.08.2017, 00:30

ABŞ Latın Amerikası ölkələrini Koreya ilə əlaqələri kəsməyə çağırıb

Döyüşçü nokautdan sonra öldü - Video
17.08.2017, 00:13

Döyüşçü nokautdan sonra öldü - Video

Azərbaycanlı qadın türk ərini belə qarət etdi  - Video
16.08.2017, 23:56

Azərbaycanlı qadın türk ərini belə qarət etdi  - Video

Türkiyədə hərbçiləri ildırım vurub
16.08.2017, 23:42

Türkiyədə hərbçiləri ildırım vurub

Azərbaycan nefti ucuzlaşıb
16.08.2017, 23:29

Azərbaycan nefti ucuzlaşıb

Batmaq təhlükəsi ilə üzləşən 600 miqrantı xilas edilib
16.08.2017, 23:14

Batmaq təhlükəsi ilə üzləşən 600 miqrantı xilas edilib

"Kopenhagen"  "Qarabağ"ın kapitanını UEFA-ya şikayət etdi
16.08.2017, 22:57

"Kopenhagen"  "Qarabağ"ın kapitanını UEFA-ya şikayət etdi

Avtomobilini bu işıqlarla bəzəyənlər cərimələnəcək - Video
16.08.2017, 22:41

Avtomobilini bu işıqlarla bəzəyənlər cərimələnəcək - Video

Yevlaxda ağır qəza: ana və qızı yaralandı
16.08.2017, 22:27

Yevlaxda ağır qəza: ana və qızı yaralandı

Saakaşvili Ukraynaya qayıdacağını bəyan etdi:
16.08.2017, 22:13

Saakaşvili Ukraynaya qayıdacağını bəyan etdi: "Hökumət bundan sirk qurmasın”

Rakkada 2500 İŞİD silahlısı var
16.08.2017, 21:55

Rakkada 2500 İŞİD silahlısı var

Gəncədə oğul anasını döyüb
16.08.2017, 21:41

Gəncədə oğul anasını döyüb

İbn Sinanın da istifadə etdiyi KÜNCÜT YAĞININ FAYDALARI
16.08.2017, 21:25

İbn Sinanın da istifadə etdiyi KÜNCÜT YAĞININ FAYDALARI

Türkiyədə yenidən zəlzələ oldu
16.08.2017, 21:09

Türkiyədə yenidən zəlzələ oldu

ABŞ-da hərbi helikopter qəzaya uğradı: 5 itkin
16.08.2017, 20:57

ABŞ-da hərbi helikopter qəzaya uğradı: 5 itkin

“Mən erməni deyiləm” – İndira Qandinin erməni akademikə kəskin etirazı, Brejnevin portret narahatlığı...
16.08.2017, 20:42

“Mən erməni deyiləm” – İndira Qandinin erməni akademikə kəskin etirazı, Brejnevin portret narahatlığı...

Filippində antinarkotik əməliyyatı: 30 ölü
16.08.2017, 20:29

Filippində antinarkotik əməliyyatı: 30 ölü

Bir qrup hərbi qulluqçu aprel şəhidinin ailəsinə baş çəkib - FOTO
16.08.2017, 20:16

Bir qrup hərbi qulluqçu aprel şəhidinin ailəsinə baş çəkib - FOTO

Məktəbli qızlara hicab, oğlanlara cins qadağan edilib   
16.08.2017, 20:02

Məktəbli qızlara hicab, oğlanlara cins qadağan edilib  

Lənkərana yasa gedənlər qəzaya düşüb: 2 ölü
16.08.2017, 19:41

Lənkərana yasa gedənlər qəzaya düşüb: 2 ölü

Azərbaycanda nadir arxeoloji tapıntılar oğurlanıb
16.08.2017, 18:57

Azərbaycanda nadir arxeoloji tapıntılar oğurlanıb

Azərbaycan 2 bələdiyyə sədri cərimələnib
16.08.2017, 18:46

Azərbaycan 2 bələdiyyə sədri cərimələnib

MilliÖN-dən pul oğurlayan şəxs tutuldu
16.08.2017, 18:37

MilliÖN-dən pul oğurlayan şəxs tutuldu

İraqın baş naziri kürdlərin müstəqillik referendumuna qarşı...
16.08.2017, 18:28

İraqın baş naziri kürdlərin müstəqillik referendumuna qarşı...

Sumqayıtda bir nəfər dənizdə batıb
16.08.2017, 18:15

Sumqayıtda bir nəfər dənizdə batıb

Xətaidə yaşayış binasında yanğın olub
16.08.2017, 18:09

Xətaidə yaşayış binasında yanğın olub

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi
16.08.2017, 17:52

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Sabunçuda dənizdə batan şəxs xilas edildi
16.08.2017, 17:48

Sabunçuda dənizdə batan şəxs xilas edildi

Bakıda İran vətəndaşını vuraraq öldürən sürücü saxlanıldı
16.08.2017, 17:45

Bakıda İran vətəndaşını vuraraq öldürən sürücü saxlanıldı

Xaricdə tər axıdan azərbaycanlı İDMANÇILAR
16.08.2017, 17:40

Xaricdə tər axıdan azərbaycanlı İDMANÇILAR

Deputatlar arasında QALMAQAL: “Hər kəsin sifətini gördüm”  
16.08.2017, 17:30

Deputatlar arasında QALMAQAL: “Hər kəsin sifətini gördüm”  

Magistraturaya qəbulun nəticələri ilə bağlı statistika AÇIQLANDI
16.08.2017, 17:28

Magistraturaya qəbulun nəticələri ilə bağlı statistika AÇIQLANDI

Dolların sabaha olan MƏZƏNNƏSİ
16.08.2017, 17:20

Dolların sabaha olan MƏZƏNNƏSİ

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(50.6%)
SOCAR-dan(7.40%)
Lukoil-dan(14.8%)
Bunların heç birindən - başqasından(27.1%)