Modern.az

Sumqayıt Dövlət Musiqili Dram Teatrında yeni teatr mövsümünün açılışı olub

Sumqayıt Dövlət Musiqili Dram Teatrında yeni teatr mövsümünün açılışı olub

Mədəni̇yyət

6 Noyabr 2009, 10:15

Dünən Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında yeni teatr mövsümünün açılışı olub. Modern.az xəbər verir ki, mərasimdə şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev və şəhər ictimaiyyəti iştirak edib. 41-ci mövsümündə teatrın aktyor heyəti F.Məhərrəmovun rejissorluğu ilə səhnələşdirilmiş Taufiq əl Hakiminin "Karıxmış sultan" pyesini tamaşaçılara təqdim edib. Əsər tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Qeyd edək ki, H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı 1968-ci ildə yaradılıb. 14 mart 1969-cu ildə M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” pyesinin tamaşası ilə teatrın açılışı olub. 
 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı