Modern.az

Şəmkirdəki qalmaqallı məktəbin direktoru vəzifədən uzaqlaşdırılır

Şəmkirdəki qalmaqallı məktəbin direktoru vəzifədən uzaqlaşdırılır

Aktual

12 Yanvar 2017, 14:21

“Hazırda Təhsil Nazirliyindən nümayəndə təyin olunub və araşdırma aparılır”. Bu haqda Modern.az-a Şəmkir Rayon Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Kənan İbrahimov məlumat verib.

O bildirib ki, nəticələr günün ikinci yarısı elan olunacaq:

“Əgər direktor barədə səslənən faktlar sübuta yetirilərsə, həmin direktor yüz faiz işdən uzaqlaşdırılacaq”.

K.İbrahimov deyib ki, direktorun məsuliyyətə cəlb olunması istisna edilmir:

“Cinayət məsuliyyətinə cəlb olunmasına isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq qərar verə bilər. Amma Təhsil şöbəsi olaraq bizim üzərimizə düşən odur ki, faktlar sübut olunsa, həmin direktor məktəbdən, təhsildən uzaqlaşdırılsın. Çünki istənilən halda bu, təhsilin adına ləkədir. Təhsil Nazirliyi olaraq təhsildə şəffalığı təmin etməkdir”.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?