Modern.az

Rusiyada 3 nəfər öldü - Yenə spirtli içkidən

 Rusiyada 3 nəfər öldü - Yenə spirtli içkidən

12 Yanvar 2017, 14:38

Rusiyanın Sankt-Peterburq şəhərində 3 nəfərin spirtli içkidən zəhərlənməsi ilə bağlı cinayət işi açılıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Sankt-Peterburqda yaşayış olmayan binada iki kişi və bir qadının meyiti aşkar olunub. Aparılan istintaq nəticəsində onların spirtli içkidən zəhərləndiyi məlum olub.

Daha öncə Rusiya KİV-lərində həmin şəxslərin şüşə təmizləyici maddə içərək zəhərləndiyini barədə məlumat verilmişdi.

Xatırladaq ki, ötən ilin sonunda İrkutsk keyfiyyətsiz spirtli içkidən 76 nəfər həyatını itirmişdi.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir