Modern.az

“Qırmızı Xaç”ın nümayəndəsi: “Əsgərin meyiti mümkün qədər tez qaytarılmalıdır”

“Qırmızı Xaç”ın nümayəndəsi: “Əsgərin meyiti mümkün qədər tez qaytarılmalıdır”

Aktual

12 Yanvar 2017, 15:10

2016-cı il dekabrın 29-da Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu ilə  Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş döyüşdə həlak olan əsgərimiz  Qurbanov Çingiz Salman oğlunun meyiti hələ də düşmən əlindədir. 

 

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Modern.az-a deyib ki, beynəlxalq sərhəddə baş vermiş hadisə zamanı həlak olmuş azərbaycanlı əsgərlə bağlı hər iki tərəflə ikitərəfli dialoq aparılır:

 

“Biz başa düşürük ki, Ermənistanda hadisə ilə bağlı istintaq gedir. Bununla belə,  meyit mümkün qədər tez ailəsinə qaytarılmalıdır. Beynəlxalq Qırmızı Xaç Komitəsi öz neytral vasitəçi rolunu həyata keçirməyə hazırdır”.

Qeyd edək ki, Ermənistan istintaq komitəsi hadisə ilə bağlı iki maddə ("Müharibə aparılması" və "2 və daha artıq şəxsin qətlə yetirilməsi) ilə “cinayət işi” açıb.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib ki, Ermənistan tərəfi prosesi süni olaraq uzadır və “istintaqın” aparıldığını bəyan edir.

 

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!