Modern.az

Təhsil nazirinin yeni müavini kimdir?

Təhsil nazirinin yeni müavini kimdir?

Aktual

12 Yanvar 2017, 16:48

Ötən gün  aparat rəhbəri Mətin Eynullayev təhsil nazirinin müavini təyin olunub. Buna qədər Təhsil Nazirliyində aparat rəhbəri olmuş  Mətin Eynullayevlə bağlı deputat İsa Həbibəyli, təhsil ekspertləri Elmina Kazımzadə və Etibar Əliyev öz fikirlərini bölüşüblər.

 

Deputat İsa Həbibəyli Mətin Eynullayevin nazirliyi irəli aparmaq üçün çalışdığını deyir:

“Elm və təhsil komitəsində çalışdığım bir il müddətdə Təhsil Nazirliyi ilə birgə fəaliyyətin təşkili və əlaqələrin inkişafında aparat rəhbər kimi Mətin Eynullayev çox səmərəli fəaliyyət göstərib. İş prosesində müşahidə etdim ki, Mətin Eynullayev Təhsil Nazirliyinin işinin incəliklərinə qədər mənimsəyib və onu irəli aparmaq üçün çalışır. O, bizim ölkəmizdə aparılan təhsil islahatlarının uğurla həyata keçirilməsinə sanballı töhfə verə bilər. Onun şəxsi biliyi, fədakarlığı, çalışqanlığı bunu deməyə əsas verir”. 

 

Dərsliklərin qiymətləndirilməsi Şurasının sədri Elmina Kazımzadə Mətin Eynullayevin ziyalı və savadlı bir kadr olduğunu bildirib:

 

“Mətin Eynullayevi işinə diqqətlə yanaşan şəxs  kimi tanıyıram. Hər hansı  məsələ ilə bağlı təklifləri diqqətlə dinləyir və həll olunması üçün çalışır. Ziyalı və savadlı bir kadrdır”.

 

Təhsil eksperti Etibar Əliyev Mikayıl Cabbarovun təhsil naziri təyin olunduqdan sonra vətəndaş cəmiyyətinin təmsilçiləri ilə əməkdaşlığın genişləndiyini söyləyib:

“Bu cür əməkdaşlıq təhsilin inkişafına öz töhfələrini verməkdədir. Mən QHT rəhbəri kimi Mətin Eynullayevlə birgə fəaliyyətimiz çərçivəsində tanışam. O, Təhsil Nazirliyinə başucalığı gətirən kadrdır. Mən bu fikri onun fərdi fəaliyyətlərini nəzərə alaraq söylədim. O, bacarıqlı, savadlı, təmənnasız, yüksək mədəniyyətə malik olan bir şəxsdir. Hesab edirəm ki, ona etimad  göstəriləndə bu mühüm keyfiyyətlər nəzərə alınıb. Azərbaycan təhsilinin inkişafı yolunda ona uğurlar arzulayıram”.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır