Modern.az

Liviyada dövlət qurumları silahlılardan təmizlənib, Yenilənib

Liviyada dövlət qurumları silahlılardan təmizlənib, Yenilənib

Dünya

12 Yanvar 2017, 21:35

Liviya güc strukturları paytaxt Tripolidə nazirlik binalarını silahlılardan azad ediblər. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkə xüsusi təyinatlılarının rəsmi nümayəndəsi Əşrəf əs-Sulsi bildirib.

Qeyd edək ki, bu gün bir qrup silahlı Tripolidə ədliyyə, müdafiə və iqtisadiyyat nazirliklərini ələ keçirmişdi.

 

20:42

 

Liviyada silahlılar dövlət qurumlarına hücum edib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bir qrup silahlı Liviyanın paytaxtı Tripolidə nazirliklərin binalarını ələ keçiriblər. Hazırda ədliyyə, müdafiə və iqtisadiyyat nazirliyi silahlıların əlindədir. Hələlik hücumun hansı qüvvələr tərəfindən həyata keçirildiyi ilə bağlı ətraflı məlumat verilmir.

Qeyd edək ki, hazırda Liviyada BMT-nin dəstəyi ilə qurulan milli hökumət fəaliyyət göstərsə də, islamçıların təsiri qalmaqdadır.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir