Modern.az

Benzin bahalaşdı - YENİLƏNİB

Benzin bahalaşdı - YENİLƏNİB

13 Yanvar 2017, 00:58

Azərbaycana xaricdən idxal olunan «AI-95 Premium» markalı benzinin qiymətində artım baş verib.

Artıq bəzi yanacaqdoldurma məntəqələrində yeni qiymətlər tablolara vurulub.

«AI-95 Premium» markalı benzinin yeni qiyməti 1.05 AZN olub. Bu markalı benzinin bundan əvvəlki qiyməti 0.95 AZN idi.

Qiymət artımı Azərbaycanda istehsal olunan və çoxluğun istifadə etdiyi «AI-92» markalı benzinə hələ ki şamil edilməyib. «AI-92» markalı benzinqiyməti 70 qəpiyə qalmaqdadır. Onun qiymətini Tarif Şurası tənzimləyir.

«AI-95 Premium» markalı benzin isə ölkəyə xaricdən gətirilir və qiyməti sərbəst təyin edilir.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi