Modern.az

Baş nazirin arvadı polisə aparılıb

Baş nazirin arvadı polisə aparılıb

12 Yanvar 2017, 21:23

İsrailin baş naziri Binyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu əri haqqında açılan korrupsiya araşdırması çərçivəsində polisə ifadə verib. Modern.az xarici mediaya istinadən bildirir ki, baş nazirin həyat yoldaşı Sara Netanyahunun dünən axşam, zəngin iş adamlarından qanunsuz şəkildə qiymətli hədiyyələr almaqla günahlandıran əri haqqında açılan korrupsiya araşdırması çərçivəsində polisdə sorğu-sual edilib.

 

İfadənin bir neçə saat davam etdiyi bildirilərkən, İsrail polisindən məsələ ilə bağlı hələ ki bir açıqlama verilməyib.

 

Baş nazir Netanyahu, İsrail polis təşkilatında korrupsiya cinayətləri ilə mübarizə məqsədilə qurulan "Lahav 433" subyektindən polislərə haqqında açılan korrupsiya araşdırması çərçivəsində bazar ertəsi günü 3 saat ifadə verib.

 

Rüşvət iddialarına daha sonra sosial media hesabından cavab verən Netanyahu bunları bildirib: "İllərdir mənə və ailəmə qarşı aparılan əziyyət nəticəsində dünən heç bir şey çıxmadı. Heç bir şey də olmayacaq, çünki heç bir şey yoxdur".

 

Netanyahunun korrupsiya əməli dəqiqləşərsə, vəzifəsindən istefa verməli olacaq.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir