Modern.az

Şəmkir məktəbindəki qalmaqala son qoyuldu - direktor işdə qaldı, laborant isə...

Şəmkir məktəbindəki qalmaqala son qoyuldu - direktor işdə qaldı, laborant isə...

13 Yanvar 2017, 10:42

Şəmkir rayonu Aşağı Seyfəli kəndinə yerləşən M.Süleymanov adına tam orta məktəbdəki qalmaqala son qoyulub. Bu haqda Modern.az-a kəndin icra nümayəndəsi Ələddin Əliyev məlumat verib.

O deyib ki, Təhsil Nazirliyinin nümayəndəsinin araşdırmaları başa çatıb:

“Əvvəllər 14 kompüterə 2 ştat düşürdü. Bu məktəbdə də 7 kompüter var. Ona görə də, direktor laborant Xatirə Əliyevanı işdən azad edib. Onun işləməsi qanunsuz idi. Təhsil Nazirliyi də bu barədə qərarı təsdiqlədi”.

Direktorun işdən uzaqlaşdırılmasına gəlincə, icra nümayəndəsi bunları bildirdi:

“Direktor elə bir qanunsuzluq etməyib ki, onu işdən uzaqlaşdırsınlar. İndi onların arasında nə olub-olmayıb, bilmirəm. Mən Təhsil Nazirliyinin işinə müdaxilə etmək hüququm və gücüm ola bilməz. Hər halda öz tədbirlərini görüblər”.

 

Şəmkir Rayon Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Kənan İbrahimov Modern.az-a açıqlamasında araşdırmaların yekunlaşmadığını bildirib: “Nəticə bəlli deyil. Hər şey dəqiqləşəndən sonra ictimaiyyətə bu barədə məlumat veriləcək”

 

Qeyd edək ki, Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif  Namazov və orada  laborant işləmiş Xatirə Əliyeva arasında qalmaqal yaranıb. Qalmaqala səbəb laborantın işdən çıxarılması və direktorun həmin xanımı əxlasızlıqda ittiham etməsidir.

Qeyd edək ki, direktor Modern.az-a açıqlamasında Xatirə Əliyeva barədə ağır ittihamlar irəli sürüb. Eyni zamanda direktora yaraşmayan ifadələr işlədib.

Xatirə Əliyeva da öz növbəsində başqa KİV-lərə açıqlamasında direktor  barədə nalayiq ifadələr işlədib.



Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir