Modern.az

QHT fəaliyyəti sahəsində qabaqcıl Avropa təcrübəsi öyrənilib Azərbaycanda tətbiq olunacaq

QHT fəaliyyəti sahəsində qabaqcıl Avropa təcrübəsi öyrənilib Azərbaycanda tətbiq olunacaq

6 Noyabr 2009, 11:42

Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin başçılığı ilə Xorvatiyada səfərdə olan nümayəndə heyəti geri dönəcək. Bu barədə Modern.az-a məlumat verən Azay Quiyev bildirib ki, səfər proqramında nəzərdə tutulduğu kimi işgüzar görüşlər keçiriblər və səfərdə məqsəd QHT fəaliyyəti sahəsində qabaqcıl Avropa təcrübəsi ilə tanışlıq, bunun Azərbaycanda tətbiqidir. Qeyd edək ki, Azərbaycanda QHT inkişafı üçün dünya təcrübəsinin öyrənilməsi proqramı çərçivəsində ölkəmizin dövlət və hökumət təmsilçilərindən ibarət nümayəndə heyəti 2007-ci ildə Macarıstanda, 2008-ci ildə isə Şura rəhbərliyi ABŞ-ın Sietl ştatında səfərdə olublar.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub