Modern.az

Nəzakət Teymurova Opera və Balet Teatrından ayrıldı

Nəzakət Teymurova Opera və Balet Teatrından ayrıldı

13 Yanvar 2017, 16:36

Xalq artisti Nəzakət Teymurova Opera və Balet Teatrında fəaliyyətinə son verib.

 

Modern.az “Kulis.az”a istinadən xəbər verir ki, müğənni öz ərizəsi ilə işdən ayrılıb. Müğənni işdən ayrılmasının səbəbini açıqlamayıb.

 

Opera və Balet Teatrının mətbuat Xidmətindən bildiriblər ki, Nəzakət Teymurova bu barədə ərizəni ötən ilin noyabrında yazıb: “Nəzakət xanım aktiv pedaqoji fəaliyyətlə məşğul olurdu. Bizdə isə əvəzçilik üzrə işləyirdi. Ancaq Leyli rolunda çıxış edirdi. Buna görə də öz istəyi ilə ərizə yazıb. Biz də onun istəyini yerinə yetirmişik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir