Modern.az

Terrorda şübhəli bilinən daha iki nəfər saxlanılıb

Terrorda şübhəli bilinən daha iki nəfər saxlanılıb

13 Yanvar 2017, 21:09

Türkiyədə terrorda şübhəli bilinən daha iki nəfər saxlanılıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılanlar uyğur əsilli Çin vətəndaşı Omar Asimi və Abulyez Abduhamiti adlı şəxsdir. Onların İstanbulda yeni il gecəsi terror törədən şəxslə əlbir olduğu ehtimal olunur.

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail, Rusiya vətəndaşları olub.  

Terrora görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir