Modern.az

Qafqaz Universitetinə diplomlarının tanınmayacağı ilə bağlı məktub daxil olmayıb - FETÖ məsələsi

Qafqaz Universitetinə diplomlarının tanınmayacağı ilə bağlı məktub daxil olmayıb - FETÖ məsələsi

14 Yanvar 2017, 14:01

Türkiyənin Ali Təhsil Şurası Azərbaycanın Qafqaz Universitetinin də daxil olduğu bir sıra xarici ölkələrdə Fətullahçı Terror Təşkilatına (FETÖ) bağlı olduğu iddia edilən universitetlərin diplomlarının tanınmamasına dair qərar verib.

 

Şuranın qərarına əsasən,  universitetin 2016-cı ilə qədər məzunlarına verdiyi diplomlar, habelə, 2015-2016-cı tədris ilində Qafqaz Universitetinə qəbul olunanların, o cümlədən türkiyəli tələbələrin diplomları ölkə tərəfindən tanınmayacaq. Eyni zamanda adıçəkilən universitetin azərbaycanlı bakalavr məzunları Türkiyədə magistr pilləsi üzrə təhsil ala bilməyəcəklər.

 

Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza məsələ ilə bağlı Modern.az-a növbəti açıqlama verib. O deyib ki, qərar elan olunsa da, konkret olaraq universitetə hər hansı rəsmi məktub daxil olmayıb:

 

“Bizə heç nə deyilməyib, heç bir rəsmi məlumat daxil olmayıb. Biz də hamı kimi məlumatları mətbuatdan oxuyuruq.

 

Məlumatda deyilir ki, 2016-2017-ci tədris ilində Qafqaz Universitetinə qəbul olunan tələbələrin diplomları tanınacaq, o birilər yox. Axı bizim daxil olduğumuz beynəlxalq Venesiya Konvensiyası var. Konvensiyada belə bir müddəa var ki, geriyə verilən qanun dəyişdirilmir. İndi bu qərar nə məqsədlə verilib onu anlamaqda çətinlik çəkirik”.

 

R.Rza qeyd edib ki, Türkiyə tərəfindən universitetə rəsmi müraciət daxil olan kimi lazımi addımlar atılacaq, müəyyən yazışmalar icra ediləcək.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir