Modern.az

Şəmkirdəki direktor-müəllim qalmaqalı BÖYÜDÜ: səsyazısının TƏFƏRRÜATI

Şəmkirdəki direktor-müəllim qalmaqalı BÖYÜDÜ: səsyazısının TƏFƏRRÜATI

14 Yanvar 2017, 15:46

Şəmkir rayonunun Aşağı Seyfəli kəndinə yerləşən M.Süleymanov adına tam orta məktəbindəki qalmaqalla bağlı araşdırmalar hələ də yekunlaşmayıb. Bu haqda Modern.az-a Şəmkir Rayon Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Kənan İbrahimov məlumat verib.

Xatırladaq ki, Aşağı Seyfəli kəndinin icra nümayəndəsi Ədalət Əliyev Modern.az-a verdiyi açıqlamada (13.02.2107) araşdırmaların yekunlaşdığını bildirmiş, Təhsil Nazirliyinin verdiyi qərara əsasən, Xatirə Əliyevanın haqlı olaraq işdən uzaqlaşdırıldığı və direktorun öz vəzifəsində qaldığını demişdi.

Qeyd edək ki, Şəmkir Rayon Təhsil Şöbəsindən Modern.az-a verilən rəsmi açıqlamada araşdırma nəticələrinin yanvarın 12-si, günün ikinci yarısında elan olunacağı bildirilirdi. Amma bu gün yanvarın 14-ü olmasına baxmayaraq nəticələr hələ də açıqlanmır.

 

Modern.az saytının əldə etdiyi məlumata görə, araşdırmaların yekunlaşmamasına səbəb məlum səsyazısıdır.

Səsyazısında diplomuna imtina gəlmiş müəllimdən 500 manat rüşvət tələb olunur.Amma təfərrüata varılmır. Modern.az-a verilən məlumatda bildirilib ki, söhbət müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi zamanı keçirilən imtahanların birinci mərhələsindən gedir.

 

Məlum olduğu kimi Təhsil Nazirliyi respublikanın şəhər və rayonlarında dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsini həyata keçirir. Şəmkirdə keçirilən diaqnostik qiymətləndirmə zamanı Aşağı Seyfəli tam orta məktəbində bir neçə müəllimin diplomlarının saxta olduğuna əsaslar yaranıb. Lakin Təhsil Nazirliyi tərəfindən aparılan obyektiv araşdırmalardan sonra yalnız bir müəllimənin diplomunun saxta olduğu təsdiqlənib.

 

Bu barədə məktəb direktoru Akif Namazov və laborant Xatirə Əliyeva məlumatlandırılıb. Eyni zamanda Təhsil Nazirliyindən onlara bildirilib ki, müəllimlər nazirliyin saytındakı hesablarına daxil olaraq nəticələr barədə məlumat öyrənə bilərlər. Məktəbdəki müəllimlərin çoxunun kompüterdən istifadə bacarığı, internetə çıxış imkanları olmadığını fürsət bilən direktor Akif Namazov müəlimlərə diplomlarının tanındığı xəbərini verməyib. Əksinə isə “Təhsil Nazirliyində tanışım var, pul müqabilində məsələni həll etməyi üzərinə götürür”,  deyərək köməkçisi Xatirədən müəllimlərə bu barədə məlumat verməsini istəyir.

Səsyazısındakı 500 manat da məhz guya Təhsil Nazirliyində işi görəcək şəxsə çatacaq olan puldur.

Halbuki Təhsil Nazirliyi diaqnostik qiymətləndirmə apararkən bütün prosedur elektron qaydada həyata keçirilib. Burada məqsəd saxta diplomları aşkarlamaq, müəllimlərin əmək haqqını qaldırmaqdan ibarət olub.

Şəmkir Rayon Təhsil Şöbəsi tərəfindən nəticələr açıqlanmasa da, ilkin məlumatlara görə, direktorun işdən uzaqlaşdırılacağı və məsuliyyətə cəlb olunacağı bildirir.

 

Bildirək ki, Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif  Namazov və orada  laborant işləmiş Xatirə Əliyeva arasında qalmaqal yaranıb. Qalmaqala səbəb laborantın işdən çıxarılması və direktorun həmin xanımı əxlasızlıqda ittiham etməsidir.

 

Xatırladaq ki, direktor Modern.az-a açıqlamasında Xatirə Əliyeva barədə ağır ittihamlar irəli sürüb. Eyni zamanda direktora yaraşmayan ifadələr işlədib.

Xatirə Əliyeva da öz növbəsində başqa KİV-lərə açıqlamasında direktor  barədə nalayiq ifadələr işlədib.

Modern.az məlum səsyazısını bir daha təqdim edir:

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi