Modern.az

Bərdədəki qətlin təfərrüatları məlum olub - Yenilənib

Bərdədəki qətlin təfərrüatları məlum olub - Yenilənib

14 Yanvar 2017, 20:19

Bərdədə yeniyetmənin qətlinin təfərrüatları məlum olub. Modern.az saytı xəbər verir ki, qətlə yetirilən Həsrət Mirzəməmmədovun atası APA-ya qətl barədə danışıb.

Məlumata görə, İsmət Mirzəməmmədov bildirib ki, oğlu küt alətlə başından vurularaq öldürülüb və su kanalına atılıb.

Məlum olub ki, qətlə yetirilmiş şəxs 7-ci sinif şagirdidir. Ağdaş rayonunun Aral-1 kəndində müvəqqəti məskunlaşmış kəlbəcərli məcburi köçkün, 2003-cü il təvəllüdlü H. Mirzəməmmədov Bərdədə çobanlıq edirmiş. Hadisə H.Mirzəməmmədov otlaq sahəsində heyvanları otararkən baş verib.

 

17:59

 

Bərdə rayonunda qətl hadisəsi baş verib. 

“Report”un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Şorkanal ərazisində baş verib.

Belə ki, Kəlbəcər rayonundan məcburi köçkün olan 2003-cü il təvəllüdlü Həsrət Sabir oğlu Mirzəməmmədov naməlum şəxs tərəfindən döyülürək öldürülüb.

Qeyd edək ki, ailə həmin ərazidə təsərrüfat işləri ilə məşğul olurmuş. Yeniyetmə də orada mal-qara otarırmış.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir