Modern.az

Bakı-Qazax yolunda “cip” aşdı: 1 ölü

Bakı-Qazax yolunda “cip” aşdı: 1 ölü

14 Yanvar 2017, 19:38

Bu gün axşam saatlarında Bakı-Qazax avtomobil yolunun 159-cu km-də, Hacıqabul rayonunun Padar kəndində sərnişinin ölümü ilə nəticələnən ağır qəza baş verib. Modern.az saytı xəbər verir ki, virtualaz.org saytının məlumatına görə, Bakı şəhər sakini, 30 yaşlı Məmmədov Balakişi Bircəkişi oğlu idarə etdiyi 10 VV 331 dövlət nömrə nişanlı “Pajero” markalı avtomaşını yüksək sürətlə idarə edərkən aşırıb.

Nəticədə, avtomaşının sərnişini, 1966-cı ildə anadan olmuş Şirvan şəhər sakini Əliyev Qalib Sərhəd oğlu aldığı xəsarətlərdən hadisə yerində düntasını dəyişib.

 

Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir