Modern.az

Birinci xanımın qardaşı silahla saxlanıldı

Birinci xanımın qardaşı silahla saxlanıldı

14 Yanvar 2017, 21:41

Gürcüstanın birinci ledisi Maki Çiçuanın qardaşı Mixail Mqaloblişvili qanunsuz silah əldə etdiyinə, saxladığına və gəzdirdiyinə görə həbs olunub.  Modern.az saytı bildirir ki, bu haqda “İmedi” televiziyası məlumat yayıb.

 

Bu məlumatla bağlı prezidentin ailəsindən hələ ki heç bir açıqlama verilməyib.

 

Telekanalın bildirdiyinə görə, Mqaloblişvili bundan əvvəl 3 dəfə mühakimə olunub. O, sonuncu dəfə qruplaşma halında sui-qəsddə iştirakçı olduğu səbəbindən 17 il azadlıqdan məhrum edilib.

 

Üç ilini həbsxanada keçirən birinci ledinin qardaşı 2015-ci ildə prezident əfvi nəticəsində azadlığa çıxıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır