Modern.az

Kafedə yanğın: 3 yaralı

Kafedə yanğın: 3 yaralı

14 Yanvar 2017, 22:46

Bakıda kafedə yanğın qeydə alınıb. Modern.az saytı xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Xətai rayonunda 4 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 100 kvadrat metr olan kafedə yanğın baş verib.

 

Yanğın nəticəsində kafenin yanar konstruksiyaları, içərisindəki əşyalar 56 kvadrat metr  sahədə və 2-ci mərtəbədə vətəndaşa məxsus mənzilin eyvanında lambirdən ibarət şkaf, 1 ədəd pəncərə çərçivəsi, 1 ədəd kondisioner yanmış, yüksək temperaturdan lambirdən ibarət tavan 9  kvadrat metr sahədə əriyib.

 

Yanğın zamanı 3 nəfər xəsarət alıb. Yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub. Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 17:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?