Modern.az

Yaraqlılara qoşulanların ailələri Çeçenistandan qovulur

Yaraqlılara qoşulanların ailələri Çeçenistandan qovulur

14 Yanvar 2017, 23:19

Çeçenistanın Kurçaloev rayonunun Tsotsi-Yurd kəndində keçirilən xalq yığıncağında qanunsuz hərbi birləşmələrə qoşulanların ailələrinin, qohumlarının respublikadan çıxarılması haqda qərar qəbul olunub. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, yaxınlarda məhz həmin ərazidə yaraqlılara qarşı xüsusi əməliyyat keçirilib.

 

Minə yaxın kənd sakininin iştirak etdiyi yığıncaqda qanunsuz hərbi birləşmələrə üzv olanların ailələrinin və qohumlarının çıxarılması ilə bağlı qərar yekdillilklə qəbul olunub.

 

Yanvarın 11-də keçirilən əməliyyat zamanı yaraqlılardan 4-ü məhv edilib, biri sağ ələ keçib. Xüsusi əməliyyatda “Şimal” batalyonunun iki döyüşçüsü – 24 yaşlı X.Xuşumov və 30 yaşlı B.Xutaev də həyatını itirib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi