Modern.az

Voleybolçularımız məğlub olub

Voleybolçularımız məğlub olub

15 Yanvar 2017, 00:07

Azərbaycanın qadınlardan ibarət U-18 millisi bu gün Avropa çempionatının II seçmə mərhələsində ikinci matçına çıxıb. Modern.az saytı xəbər verir ki, “Report”un məlumatına görə, E qrupunda rəqib Portuqaliya komandası olub.

 

Rumıniyanın Ploieşti şəhərinin “Olimpiya” idman mərkəzində keçirilən görüş Portuqaliya komandasının qələbəsilə yekunlaşıb – 3:0 (25:13, 25:7, 25:12). Millimiz ilk və sonuncu setlərdə rəqib komandaya müqavimət göstərsə də, ikinci set Portuqaliya komandasının tam üstünlüyü şəraitində keçib.

 

Hazırda E” qrupuna 5 xalla Rusiya komandası başçılıq edir. 2-ci yeri 4 xalla meydan sahibləri Rumıniya, 3-cü pilləni isə 3 xalla Portuqaliya yığması tutur. Azərbaycan millisi qrupda sonuncu yerdə qərarlaşıb. Millimizin aktivində xal yoxdur.

 

Azərbaycan yığması növbəti oyununu sabah Bakı vaxt ilə saat 19:30-da meydan sahibləri Rumıniya komandasına qarşı keçirəcək. Qrupun digər oyununda isə Rusiya millisi Portuqaliya ilə qarşılaşacaq.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır