Modern.az

Vəzifəsini atıb, Qarabağda şəhid olan Milli Qəhrəman                   

Vəzifəsini atıb, Qarabağda şəhid olan Milli Qəhrəman                    

15 Yanvar 2017, 09:34

15 yanvar 2017-cı il tarixi Azərbaycanın Milli Qəhrəmanı şəhid, mayor Elman Hüseynovun şəhid olmasının 24-cü il dönümüdür.

Milli Qəhrəman, keçmiş vatalyon komandiri Hüseynov Elman Süleyman oğlu 1993-cu il 15 yanvar tarixində torpaqlarımızın müdafiəsi zamanı qəhrəmancasına şəhid olub.

 

Modern.az onun həyat yolunu təqdim edir.

 

Elman Hüseynov 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olub.

1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd orta məktəbində orta təhsil alıb.

1968-1973-cü illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunu mühəndis ixtisası üzrə bitirib.

 

1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində zabit kimi xidmət edib. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb.

1982-1990-cı illərdə Tərtər rayonunda müxtəlif məsul vəzifələrdə çalışıb.

 

Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib, 1991-ci ilin sentyabrında Tərtər özünü müdafiə qərərgahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünü müdafiə batalyonunun komandiri təyin olunub.

 

Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edib. Şəxsi şücaəti və rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Döyüşlərdə iki dəfə yaralanıb.

1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.

 

1995-ci il yanvarın 15-də ölkə prezidentinin 262 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib, Tərtər rayonunda onun adını daşıyan küçə var. Tərtər rayonunda qəhrəmanın büstü ucaldılıb. Evli idi. Üç övladı var.

 

Aqşin KƏRİMOV

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!