Modern.az

Həbsxanada 3 məhkumun başı kəsildi

Həbsxanada 3 məhkumun başı kəsildi

Dünya

15 Yanvar 2017, 13:36

Braziliya həbsxanasında son bir həftədə artıq üçüncü böyük üsyan baş verib.

Modern.az xarici mediaya istinadən bildirir ki, məhkumlar ölkənin şimal-şərqindəki Natal şəhərindəki “Alkakuz” islah-əmək müəssisəsini ələ keçiriblər.

Polisdən verilən xəbərə görə, üsyan zamanı ən azı 3 məhkumun başı kəsilib.

“Ölənlər çoxdur. Biz indi sadəcə, həbsxanaya girə bilmirik”, - Riu-Qrandi-du-Norti ştatındakı peninetsiar sistemin rəhbəri mayor Vellinqton Kamilo bildirib.

Polisdə ölənlərin sayı ilə bağlı hələ ki dəqiq məlumat da yoxdur.

Kamilo əlavə edib ki, məhkumlardan heç kəs qaça bilməyib. Onun sözlərinə görə, polis hava işıqlaşanda həbsxanaya daxil olmağa cəhd edəcək.

Qarşıdurma şənbə günü, böyük və güclü cinayətkar qruplaşmalardan birinin məhkumları həbsxananın bloklarında birindəki digər məhbuslara hücumu zamanı başlayıb. Həbsxananın içərisindən partlayış və atəş səsləri eşidilib.

“Alkakuze”dəki qarşıdurma bu il Braziliyadakı artıq üçüncü böyük üsyandır. Yanvarın əvvəlində Amazonas və Rorayma həbsxanalarındakı toqquşmalar nəticəsində 100-ə yaxın məhkum ölüb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi