Modern.az

Boksçu hakimi nokdauna göndərdi

Boksçu hakimi nokdauna göndərdi

15 Yanvar 2017, 14:27

WBC versiyası üzrə ikinci orta çəkidə (76,2 kiloqrama qədər) isveçli dünya çempionu Badu Cek Beynəlxalq boks federasiyası  (IBF) kəmərinin sahibi Böyük Britaniyadanb olan Ceyms Diqeylomla döyüşdə təsadüfən hakimə zərbə vurub.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, görüş yancarın 15-nə keçən gecə Nyu-Yorkda keçirilib və heç-heçə başa çatıb.

Referi Artur Merkante boksçuları ayırmağa çalışanda, Cek sol əli ilə yandan zərbə vurmaöa cəhd göstərib, anvaq zərbə hakimə dəyib.

Nəticədə, isveçli yıxılmaq üzrə olan hakimi saxlayaraq, sonradan üzr istəyib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir