Modern.az

Azərbaycan və Çexiya memorandum imzalayacaq

Azərbaycan və Çexiya memorandum imzalayacaq

Aktual

15 Yanvar 2017, 14:52

Çexiyaya iri neft tədarükçülərindən biri olan Azərbaycan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.

 

Modern.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev  bildirib.

 

Onun sözlərinə görə, hazırda Azərbaycan və Çexiya arasında enerji sahəsində qarşılıqlı anlaşmaya dair memorandum hazırlanır.

Səfir deyib: "Bu memorandumun imzalanması iki ölkə arasında əməkdaşlığın dərinləşməsi üçün yeni imkanlar yaradacaq".

Diplomat bildirib ki, memorandumun layihəsi üzərində iş bitdikdən sonra sənəd Azərbaycanın energetika naziri Natiq Əliyevin Praqaya səfəri çərçivəsində imzalanacaq. Səfərin bu il baş tutacağı planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanın Dövlət Gömrək Komitəsinin məlumatına əsasən, iki ölkə arasında mal dövriyyəsi 2016 ilin yanvar-noyabr aylarında 312,02 milyon dollar təşkil edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür