Modern.az

Hindistanda qayıq çevrildi: 26 nəfər ölüb

Hindistanda qayıq çevrildi: 26 nəfər ölüb

Dünya

15 Yanvar 2017, 15:01

Hindistanda Qanq çayında qayığın çevrilməsi nəticəsində həlak olanların sayı 26-ya yüksəlib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə şənbə günü axşam Qanq çayının Bihar ştatı ərazisindən keçən hissəsində, Patna şəhəri yaxınlığında baş verib. Xilasedicilər gecə 22 cəsədi sudan çıxarıblar. Bu səhər isə daha 4 nəfərin cəsədi tapılıb.

 

Məlumatda qeyd olunur ki, 30 nəfər üçün nəzərdə tutulan qayığa 50-dən çox insan minib. Çaya düşənlərdən 10-12 nəfəri üzərək sahilə çıxa bilib. Daha 8 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür