Modern.az

Polad Bülbüloğlunun Elton Conla qatıldığı ƏSRİN TOYU

Polad Bülbüloğlunun Elton Conla qatıldığı ƏSRİN TOYU

15 Yanvar 2017, 16:28

Rusiyalı oliqarx nəvəsinin toyuna Elton Conu, Merayya Kerini və Antonio Banderası dəvət edib

 

Rusiyalı milyarder, “Domodedovo” hava limanının sahibi Valeri Koqan nəvəsi İrinanın toyuna Rusiyanın və dünyanın ulduzlarını dəvət edib.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, ifaçılar arasında ser Elton Con və Merayya Keri, eləcə də aktyor Antonio Banderas olublar.

 

Bu şadyanalıq istirahət günləri Böyük Britaniya paytaxtında baş tutub. 19 yaşlı İrina Koqanın sevgilisi onun həmyaşıdı, ingilis əsilli yəhudi Deniel Kenvaydır.

Gənclər İrinanın yaşadığı və təhsil aldığı Londonda baş tutub. Xüsusi olaraq bu möhtəşəm təntənə üçün Dumanlı Albiona xüsusi təyyarə ilə biznes-elitanın onlarla nümayəndəsi və şou-biznesin bir dəstə ulduzu uçublar.

Onların arasında Filipp Kirkorov, Stas Mixaylov, Aleksandr Serov, İqor Nikolaev, Lev Leşenko, opera nəhəngi Anna Netrebko, Azərbaycanın Rusiyadakı səfiri Polda Bülbüloğlu, rejissor Nikita Mixalkov və başqaları olub.

 

Xupadan sonra qonaqlar banket zalına keçiblər, burada Anna Netrebkonun ifalarını dinləyiblər.

Bəylə-gəlinin ən səbrsizliklə gözlədiyi isə onların kumiri olan Elton Conun bir saatlıq konserti olub.

 

Əlavə edək ki, bəzi məlumatlara görə, adlı-sanlı qonaqların bu cür tədbirlərdə çıxışlarına bu məbləğlər ödənilir:

-Elton Con – 3 milyon avro;

-Merayya Keri – 2 milyon avroya qədər;

-Filipp Kirkorov – 150 min avroya qədər;

-Antonio Banderas – 500 mindən bir milyon avroya qədər;

-İqor Nikoalaev – 20 min avro;

-Aleksandr Serov –30 min avro;

- Stas Mixaylov – 150 min avroya qədər.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı