Modern.az

Turoperatorlar sərfəli qiymətə avibiletlər əldə edəcək

Turoperatorlar sərfəli qiymətə avibiletlər əldə edəcək

Aktual

15 Yanvar 2017, 17:26

Azərbaycanda aviabiletlərin bronlaşdırılması qlobal sisteminin (GDS – Global Distribution System) prosessinq mərkəzi (eltickets.net) GoldenPay və MilliKart ödəmə sistemlərinə qoşulur.

 

Modern.az xəbər verir ki, bunu Trend-ə layihənin rəhbəri Vüqar Baxşəliyev deyib.

 

Layihə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir və artıq layihənin icrası üçün 14 min manat vəsait ayrılıb.

 

V.Baxşəliyevin sözlərinə görə, eltickets.net portalı ilə ödəmə sistemlərinin inteqrasiyası yaxın günlərdə başa çatacaq.

 

Mərkəzin iş prinsipi turizm operatorlarının saytlarına xüsusi interfeysin inteqrasiyasını nəzərdə tutur. Bu interfeysi istifadə etməklə onlar aviabiletləri sata biləcək. Yerli turoperatorların lokal GDS-prosessinqə inteqrasiyası ilə bağlı danışıqlar aparılır. GDS-prosessinqə qoşulduqdan sonra, turoperatorlar digər regionlardakı aviaşirkətlərin mövcud tariflərinə giriş əldə edə və daha ucuz başa gələn biletləri ala bilərlər.

 

V.Baxşəliyev deyib: “Misal üçün qeyd edək ki, “Aeroflot” aviaşirkətinin həyata keçirdiyi Bakı-Moskva reysinə biletin qiyməti Bakıda 300, Moskvada 310, Berlində 208 manatdır. “Galileo” sistemi ilə öz platformasında çalışan turoperator yalnız Bakı üçün qüvvədə olan qiymətləri əldə edir. GDS-prosessinqə qoşulduqda isə o digər regionlarda aviaşirkətlərin tariflərinə çıxış əldə edir və müvafiq olaraq ən ucuz başa gələn bileti alır”.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?