Modern.az

Şəhid Fikrət Bəşirov Astarada dəfn olunub - FOTO

Şəhid Fikrət Bəşirov Astarada dəfn olunub - FOTO

15 Yanvar 2017, 18:08

Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulması zamanı şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu Astara rayonunun Şahağacı kəndində dəfn olunub.

Modern.az xəbər verir ki, bu barədə "Report"un məlumatında bildirilib.

 

Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu F.Bəşirovv müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.

 

Qeyd edək ki, dörd gün əvvəl şəhidin qız övladı dünyaya gəlib. O, Fizuli istiqamətində şəhid olub.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?