Modern.az

Yaralanan it özü xəstəxanaya yardıma gəldi

Yaralanan it özü xəstəxanaya yardıma gəldi

Aktual

15 Yanvar 2017, 19:01

Kiyevin Solomenski rayonunda qeyri-adi hadisə qeydə alınıb.

Modern.az Ukrayna mediasına istinadən xəbər verir ki, xəstəxanaya kömək üçün gözlənilməz pasiyent – yaralı it müraciət edib.

“Sərbəst travmatologiya məntəqəsinə gələn böyük it bir küncdə uzanıb. İt yaralı olub, özünü güman ki, pis hiss edib. Məntəqənin əməkdaşları onun  ayağının sındığını ehtimal ediblər. Həkimlərdən biri zəng vuraraq itə yardım göstərməyə çağırıb. O, müalicə xərcini ödəməyə hazır olduğunu, ancaq sonra iti hara edəcəyini qəyittən bilmədiyini deyib”, - heyvanları xilas edən komandadan bildiriblər.

İt veterinar klinikaya gətirilib və orada yardım göstərilib. Xoşbəxtlikdən ayağında sınıq aşkarlanmayıb, yalnız arxa hissəsində yaralar olub. Mütəxəssislər ehtimal edir ki, iti ya maşın vuriub, ya da adam döyüb.

“İt çox mehriban və dərrakəlidir, bir neçə komandanı yerinə yetirir, tibbi müdaxiləni sakitcə qarşılayır”, - sosial şəbəkədə belə yazılır.

Hazırda itin sahibi axtarılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?