Modern.az

Əfqanıstanda 21 Taliban silahlısı zərərsizləşdirilib

Əfqanıstanda 21 Taliban silahlısı zərərsizləşdirilib

Dünya

15 Yanvar 2017, 20:06

Əfqanıstanda Taliban silahlılarına qarşı əməliyyatlar davam etdirilir. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, ötən sutka ərzində Əfqanıstanda radikal “Taliban” Hərəkatının 21 silahlısı öldürülüb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyatlar Kapisa, Parvan, Uruzqan və Host əyalətlərində keçirilib. Öldürülən silahlılar arasında “Taliban” Hərəkatının təcrübəli komandirlərindən biri də var.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır