Modern.az

Qəddafi atəşkəs elan edib, amma beynəlxalq güclər onu "aşırmağa" hazırlaşır

Qəddafi atəşkəs elan edib, amma beynəlxalq güclər onu "aşırmağa" hazırlaşır

Dünya

18 Mart 2011, 18:23

Liviya lideri Müəmmər Qəddafi dinc sakinlərin müdafiəsi məqsədilə üsyançılara qarşı bütün hərbi əməliyyatların dayandırıldığını bəyan edib. ("Azadlıq" radiosu)
Ölkənin xarici işlər naziri Musa Kussa (Moussa Koussa) bildirib ki, qərar BMT-nin təhlükəsizlik şurasının Liviyayla bağlı qətnaməsinə uyğun olaraq qəbul edilib.

Dünən qəbul edilmiş bu sənəddə Liviya üzərində uçuşların qadağan edilməsi və dinc sakinləri qorumaq üçün bütün lazimi tədbirlər nəzərdə tutulur.
NATO ölkələri və digər dövlətlər Liviya üzərində uçuşların qadağan edilməsilə bağlı BMT-nin təhlükəsizlik şurasının qətnaməsinin həyata keçirilməsini götür-qoy edirlər.

Məqsəd Gaddafiyə sadiq qüvvələrin üsyançıların mövqelərini bombalamasına son qoymaqdır.

Təhlükəsizlik şurasının dünən qəbul etdiyi qətnamədə bundan başqa Liviyada gedən silahlı toqquşmalar zamanı dinc sakinləri qorumaq üçün istənilən lazımi tədbirlər görülməsi nəzərdə tutulur.

Amma sənəddə Liviyaya xarici qüvələr göndərilməsindən söhbət getmir.
Böyük Britaniya ilə Fransa artıq bu qərarı yerinə yetirməyə hazır olduqlarını bəyan ediblər.

Böyük Britaniyanın baş naziri David Cameron:

"Britaniya qırıcı Tornado və Tayfun təyyarələri, habelə havada yanacaq dolduran və müşahidəçi təyyarələr göndərəcək.
Artıq bu təyyarələrin yerləşdirilməsinə hazırlıq görülür və lazımi tapşırıqlara başlamaq üçün yaxın saatlarda onlar hava bazasına yollanacaq" .

Həmçinin Fransa təyyarələrinin beynəlxalq əməliyyata qoşulacaqları gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!