Modern.az

Gürcüstanda iş adamı güllələndi

Gürcüstanda iş adamı güllələndi

Dünya

15 Yanvar 2017, 22:41

Gürcüstanın Qori şəhərində parlamentin keçmiş sədri Nino Burcanadzenin “Demokratik hərəkat” partiyasının ofisinin yanında iş adamı Quram Qoqiçialişvili güllələnib. Modern.az Gürcüstan KİV-nə istinadən bildirir ki, biznesmen ofisin həyətinə daxil olarkən ölümcül güllə yarası alıb.

Partiyanın ofisində bəyan edirlər ki, Qoqiçiaşvili ilə heç bir bağlılıqları yoxdur və onun nə üçün ora gəldiyi də bəlli deyil.

Qətl yerində polis və ekspert kriminalistlər işləyir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!