Modern.az

İki bacı dəm qazından zəhərlənib

İki bacı dəm qazından zəhərlənib

15 Yanvar 2017, 22:57

Qazaxda bir ailənin iki üzvü dəm qazından zəhərlənib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Qazax şəhəri, Bakı küçəsində qeydə alınıb. Belə ki, orada yaşayan 1988-ci il təvəllüdlü Məmmədova Lüdmila Fevral qızı və 1985-ci il təvəllüdlü Pərvanəliyeva Zenfira Fevral qızı dəm qazı zəhərlənməsi əlaməti ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Onlara dərhal tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə baçılar vanna otağından çıxandan bir müddət sonra dəm qazından zəhərləndiklərini hiss ediblər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?